Azərbaycanda avro bahalaşmaqda davam edir
Mərkəzi Bank həftənin son valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, Mərkəzi Bankın bu gün açıqladığı yeni məzənnəyə əsasən 1 ABŞ dollarının kursu dəyişməyərək 1,0485 manat qalıb. Avro isə bahalaşmaqda davam edir. Avrozonanın vahid valyutasının bu günə olan kursu 1,1693 manat olaraq açıqlanıb. Rusiya rublunun məzənnəsi isə son iki günə nisbətən ucuzlaşıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 16 manat 20 qəpik olaraq müəyyən edib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri