Sumqayıtda 21 yaşlı oğlan Xəzərdə batdı
Xəzər dənizində daha bir nəfər batıb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlunun dənizdə batması barədə məlumat daxil olub.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Axtarışlar nəticəsində Ülvi Abdullayevin meyiti avqustun 14-də batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri