Yeni müşahidə heyəti gəldi
AŞPA-nın Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib. Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək. APA TV-nin məlumatına görə, qonaqlar səfər zamanı prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, MSK sədri, QHT və media nümayəndələri ilə görüşlər keçirəcəklər. Missiya səfərin nəticələrinə dair bəyanatla çıxış edəcək.
Səfər sentyabrın 13-də yekunlaşacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib