Rusiyada 20 yaşlı azərbaycanlı qız qaçırıldı
Sankt-Peterburqda mağazalardan birində kassir işləyən 41 yaşlı Azərbaycan vətəndaşı polisə müraciət edərək qızının oğurlandığını bildirib. APA TV-nin məlumatına görə, qadın 20 yaşlı qızının axşam saatlarında üç cinayətkar tərəfindən zorla maşına mindirilərək qaçırıldığını deyib. Qadın qızının Moskvada yaşayan 24 yaşlı nişanlısı tərəfindən qaçırıldığını iddia edib. Axtarış zamanı qızın “VAZ-2114” maşınında qaçırıldığını, maşının Azərbaycan vətəndaşının adına qeydiyyatda olduğunu müəyyənləşdirib. Hazırda 20 yaşlı azərbaycanlı qızın axtarışları davam edir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri