Bakıda evdən külli miqdarda qızıl və pul oğurlanıb
Azərbaycan paytaxtında oğurluq hadisəsi baş verib. APA-nın məlumatına görə, Bakı şəhər sakini Seyran İsmayıl oğlu Allahverdiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı Bakıxanov qəsəbəsində evdə olmadığı müddətdə mənzilin pəncərənin dəmir barmaqlıqları sındırılıb, yataq otağındakı seyfdən 37 min ABŞ dolları və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hazırda polisə ərizə üzrə araşdırma aparır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri