Ağcabədidə kredit təşkilatına basqın edilib
Azərbaycanın Ağcabədi rayonunda kredit təşkilatına basqın edilib. APA TV-nİn Qarabağ bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Maliyyə İnkişaf” Qeyri-Bank Kredit Təşkilatında qeydə alınıb. Üç nəfər maskalı naməlum şəxs gecə saatlarında kredit təşkilatının mühafizəçisinə hücum edərək, oğurluq etmək istəyiblər. Hadisə yerinə gələn Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsləri tutublar.
Ağcabədi Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, saxlanılan şəxslər digər cinayətlərdə şübhəli bilindikləri üçün onların kimliyi barədə ətraflı məlumat verilmir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri