“TurAz Qartalı - 2015” təlimlərinə döyüş helikopterləri də qoşuldu
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri bu gün də davam edib.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra edib.
Təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri