Ermənilər Tərtərdə toy çadırını atəşə tutdu: 3 yaralı
Erməni silahlı bölmələri Azərbaycanın Tərtər rayonunda toy çadırını atəşə tutub, 3 mülki şəxs yaralanıb.
APA-nın məlumatına görə, hadisə rayonun Qapanlı kəndində həyətdə toy mərasimi keçirilərkən baş verib. Nəticədə toyda iştirak edən 63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, yaralılardan biri Tərtər Mərkəzi Rayon Xəstəxanasına, digəri Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İnsident zamanı qaçarkən yıxılan və yüngül zədə alan Zəhra Əlizadə isə ev şəraitində müalicə olunur.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri