Bank Of Baku

Türkiyədə PKK hücumları artdı: Hakkaridə bir əsgər şəhid oldu

# 14:23
2 sentyabr 2015

Türkiyənin Haakari vilayətində PKK terrorçuları hərbçilərə hücum ediblər. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, atışmada 1 əsgər şəhid olub.

 

Türkiyə Silahlı Qüvvələrinin bəyanatında bildirilir ki, hadisədən dərhal sonra bölgədə genişmiqyaslı əməliyyatlara başlanıb. Əməliyyatlara "F-16"lar havadan dəstək verirlər. Hadisə Hakkarinin Şəmdinli-Tekeli yolunda qeydə alınıb. Terrorçular hərbçilərə qəflətən atəş açmağa başlayıblar. Döyüşdə bir hərbçi şəhid olub, iki əsgər yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR