İraqda 18 türk işçi oğurlandı
İraqın paytaxtı Bağdadda 18 türk işçi qaçırılıb.
APA TV-nin Haberler.com-a istinadən xəbərinə görə, işçilər gecə yatdıqları yerdə hərbi formada üzü maskalı olan şəxslərin hücumuna məruz qalıblar.
İraqlı general Saad Maan "Reuters"ə bildirib ki, silahlılar türk işçiləri Bağdadın şimal-şərqindəki Həbibiyyə bölgəsinə qaçırıblar.
Türkiyə Xarici İşlər Nazirliyi faktı təsdiqləyib. Bildirilir ki, "Nurol Holding"in əməkdaşları olan işçilər Bağdadın Sədr bölgəsində stadion tikintisi ilə məşğul olublar.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri