Bank Of Baku

Bakıda zibil maşını ilə "Nissan" toqquşdu

# 10:13
4 sentyabr 2015

Bakının Sabunçu rayonunda zibil maşınının sürücüsü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə "Koroğlu" metro stansiyasının yaxınlığında, Heydər Əliyev prospektinə qeydə alınıb.

 

Mehdi İbrahimovun idarə etdiyi "MAN" markalı zibil maşını ilə Füzuli Ömərovun idarə etdiyi "Nissan" toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, "Nissan" yararsız hala düşüb. Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, qəzaya zibil maşınının sürücüsünün ötmə əməliyyatını kobudcasına pozması səbəb olub. Hə iki avtomobil cərimə meydançasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR