Hərbçilərimiz Xocalıdakı ermənilərə xəbərdarlıq etdi
Azərbaycan hərbçiləri bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocalı rayonu, Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edib.
APA TV xəbər verir ki, bu barədə Caliber.az-a hərbi mənbələrdən məlumat daxil olub.
Həmin xəbərdarlıqda deyilir: “Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın!
Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Əks halda sizə qarşı güc tətbiq olunacaq. Baş verənlərə görə məsuliyyət daşıyırsınız.
Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!”
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi