“Opel” və “Chevrolet” gələn aydan Rusiya bazarını tərk edir
“Opel” və “Chevrolet” Rusiya bazarını rəsmən tərk etməyə hazırlaşır. APA TV-nin məlumatına görə, hər iki marka Rusiya bazarı ilə ilin sonunda vidalaşacağını açıqlasa da, qərarlarını dəyişiblər. Rəsmi məlumatlara görə, hazırda hər iki şirkətin anbarında ümumilikdə 6 min maşın qalıb, bu maşınların bir ay ərzində satılacağı proqnozlaşdırılır. Rəsmi dilerlər “Opel” və “Chevrolet”lərin artıq anbarlarda tükənməyə başladığını açıqlayıblar. Rublun devalvasiyasından sonra hər iki marka Rusiya bazarını rentabelli saymadıqlarına görə bu ölkədə istehsal və satışı dayandıracağını açıqlamışdı. “General Motors” martın 18-də ilin sonunadək Rusiyada “Opel” və “Chevrolet”lərin satışının rəsmən dayandırılacağını bəyan etmişdi. Bazarı dəyərləndirən şirkət artıq oktyabrdan Rusiya bazarını tərk etmək qərarına gəlib.
DİGƏR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub