Bank Of Baku

Bakıda 35 dərəcə isti olacaq

# 16:17
8 sentyabr 2015

Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR