İkinci Dünya müharibəsində itkin düşmüş azərbaycanlı pilotun qalıqları tapıldı
Rusiyanın Smolensk vilayəti ərazisində içərisində azərbaycanlı pilotun qalıqlarının olduğu hərbi təyyarənin parçaları tapılıb.
Bu barədə APA-ya Krımın Azərbaycanlı İcmasının sədri Rəhim Hümbətov məlumat verib.
Axtarış qrupu həmin pilotun 1920-ci ildə Azərbaycanda doğulmuş Əziz Abdul oğlu İsrafilov olduğunu müəyyənləşdirib. O, 27-ci aviasiya alayında pilot kimi xidmət edib. 13 avqust 1943-cü ildə hərbi tapşırıq məqsədilə uçuş həyata keçirib və itkin düşüb.
Krım Azərbaycanlıları İcmasından onun atasının vaxtilə Bakıda indiki Əlimərdan Topçubaşov küçəsində yaşadığını bildiriblər. Diaspor təşkilatı Əziz İsrafilovun qohumlarının pilot haqqında daha ətraflı məlumat vermək üçün müraciət etmələri üçün çağırış edib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik