Dağıstanda məscid imamı öldürüldü
Dağıstanda din xadimi qətlə yetirilib.
APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, Xasavyurd rayonunun Kuruş kənd məscidinin imamı ibadətdən evinə qayıdarkən küçənin ortasında öldürülüb.
Onun bir neçə şəxs tərəfindən güllələndiyi deyilir. Hadisə ilə bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Polis qatillərin axtarışına başlayıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik