Bank Of Baku

Bakı metrosunda qatarların sayı artırıldı!

# 13:41
11 sentyabr 2015

Yeni tədris ilinin başlanması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur.

 

Bu barədə “APA-Economics”ə “Bakl Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

 

Onun sözlərinə görə, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.

 

Beləliklə, qatarların sayı artırılmaqla qatarlararası intervalı da azaldılır. Belə ki, "Həzi Aslanov" - "28 May" stansiyaları arasında hərəkət intervalı 2-2,5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. "28 May" - "Dərnəgül" və "28 May" - "İçərişəhər" stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.

 

İyul ayından Bakı metrosunda tətbiq edilən "yay qrafiki"nə əsasən, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR