Qocalar evində "Baba və nəvə" adlı futbol turniri keçirilib
Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində "Baba və nəvə" adlı futbol turniri keçirilib. Turnir Sosial Xidmət Müəssisəsinin sakinləri olan ahıllarla "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağının azyaşlı sakinləri arasında keçirilib. Turnir Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin və "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə baş tutub. Veteran futbolçuların da iştirak etdiyi oyun sonda heç-heçə ilə nəticələnib və beləcə dostluq qalib gəlib. ORXAN ASLAN ARİF ƏLİYEV APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib