Bank Of Baku

Bakı sakini Şəkidə qəza törətdi: 1 ölü

# 17:20
13 sentyabr 2013

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV xəbər verir ki, hadisə Şəki rayonu Biləcik kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Əhməd Aqil Abid oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə Şəki-Qax yolunun Biləcik kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən yolun kənarındakı piyada, Şəki rayonu Biləcik kənd sakini 1948-ci il təvəllüdlü Hacıyev Aydın Nəzir oğlunu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Aydın Hacıyev hadisə yerində ölüb.

 

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR