Türkiyədə hərbi maşın karvanına hücum: 13 əsgər yaralandı
Türkiyənin Van vilayətinin Başqala qəsəbəsində əsgərlərə qarşı terror hücumu olub. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, PKK terrorçuları əvvəlcədən yola yerləşdirdikləri əldəqayırma partlayıcını hərbi karvan keçərkən işə salıblar. Partlayış nəticəsində 13 əsgər yaralanıb.
Yaralı əsgərlər hadisə yerinə cəlb edilən təcili yardım maşınları ilə Başqaladakı dövlət xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralılar helikopterlərlə Yüzüncü İl Universitetinin tibb mərkəzinə aparılıblar.
Hadisədən sonra terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat başlayıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik