Məkkədə otel yandı; zəvvarlardan zəhərlənənlər var
Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib. Azərbaycanlı zəvvarlardan APA TV-yə verilən məlumata görə, yanğın zəvvarlarımızın qaldığı " Əli Musa" otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın baş verən oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsi ilə evakuasiya olunublar. Zəvvarların sözlərinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Yanğın baş verən oteldə tüstüdən zəhərlənənlərin olduğu deyilir.
Qeyd edək ki, yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik