İki yük maşını toqquşdu – XƏSARƏT ALAN OLMAYIB
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin qərb istiqamətindən girişində, Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan yüklə dolu “QAZel” markalı iki yük avtomobili toqquşub. Zərbənin təsirindən yük maşınlarından biri yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi