Biləsuvarda rəis özünü asdı
Biləsuvarda intihar hadisəsi baş verib. Biləsuvar Rayon Polis Şöbəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, “Aztelekom” İstehsalat Birliyinin Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi, 35 yaşlı İlkin Mirilham oğlu Ağayev bu gün axşam saatlarında iş otağında özünü asaraq öldürüb.
İntiharın səbəbləri barədə hələlik heç bir açıqlama verilmir. Rayonun hüquq-mühafizə orqanlarının hadisə yerinə cəlb olunmuş əməkdaşları araşdırmalara başlayıblar.
Qeyd edək ki, İlkin Ağayev cəmi iki ay öncə Telekommunikasiya Qovşağının rəisi vəzifəsinə təyin olunubmuş.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik