Türkiyə ordusundan PKK-ya ağır zərbə: 25 terrorçu öldürüldü
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı keçirilən anti-terror əməliyyatları nəticəsində öldürülən PKK terrorçuları ilə bağlı yeni açıqlama yayıb.
APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, keçirilən əməliyyatlarda İraqın şimalında 19, Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda isə 6 terrorçu məhv edilib.
Məlumatda qeyd olunub ki, Bitlis vilayətinin Güroymaq qəsəbəsində dəmiryolunda aşkarlanan partlayıcı qurğu zərərsizləşdirilib, dəmir yoluna ciddi ziyan dəyib, yol bağlanıb. Vilayətin Tatvan rayonunda isə bir şirkətin əməkdaşlarını daşıyan avtomobilə terrorçu hücumu baş verib. İki mülki şəxs xəsarət alıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik