Xaçmazdakı bu çimərliyə getməyin - ÇİMMƏK QADAĞANDIR
Respublika ərazisində yerləşən çimərliklərin 2022-ci ilin yay mövsümünə hazırlıq vəziyyətinə nəzarət məqsədilə Xaçmaz rayonu ərazisində yerləşən rekreasiya zonalarının sanitariya vəziyyətinin müayinəsi, dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilib.
Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazisində aparılmış monitorinqlər zamanı dəniz suyunun laboratoriya müayinə nəticələrində bakterioloji çirklənmə göstəricilərinin normadan çox olması müəyyən olunub.
Qeyd olunanlarla əlaqədar, mövcud vəziyyətin əhali arasında yoluxucu xəstəliklərin baş verib, yayılması üçün təhlükə yaratdığını nəzərə alaraq, Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazilərində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimməyin qadağan olunması barədə Qərarları qüvvədə saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi