Bank Of Baku

Kürdəmirdə ev yandı

# 13:01
30 sentyabr 2015

Kürdəmir rayonunda ev yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında səhərin Əliağa Vahid küçəsində qeydə alınıb.

 

Rayon sakini Valeh Əşrəf oğlu Əliyevə məxsus 4 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumi sahəsi 162 kvadratmetr olan evin 1 otağı əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

 

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Hadisənin dəqiq səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR