Şərab zavodunda yanğın – ŞƏRAB GÖLƏ TÖKÜLDÜ
Çinin Şaosin şəhər dairəsinin Çjetszyan əyalətindəki şərab zavodunda baş verən yanğın nəticəsində şərab Ciyan gölünə tökülüb və göldə yaşayan bir neçə min balıq sərxoş olub.
APA TV lent.az-a istinadən xəbər verir ki, şahidlərin çəkdiyi videoda sağ qalan bütün balıqların sahilə çıxdığı görülür. Bəzi sərxoş balıqlar yavaş-yavaş tərpənir, bəziləri isə spirtdən zəhərlənərək ölür.
Su üzünə çıxan balıqlar müqavimət göstərə bilmir və gölün sahilinə toplaşan balıqçıların asan şikarına çevrilir.
Bütün balıqlar sahilə çıxdıqdan sonra göl təmizlənəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu