Şimali Koreya ABŞ-a barış təklif etdi
Şimali Koreyanın xarici işlər naziri Li Su En BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışında ABŞ-a yenidən sülh müqaviləsi imzalamağı təklif edib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikası 1953-cü ildə imzalanan müqavilənin yenilənməsini vacib sayır.
"Rəhbərliyimiz yenidən konstruktiv dialoqlara hazırdır. Bunun üçün Vaşinqtonun Koreya yarımadasındakı konfliktlərə aydınlıq gətirilməsi üçün masa arxasına keçmək və birtərəfli mövqe nümayiş etdirməsi lazımdır. Heç bir qüvvənin təxribatına uymadan bu istiqamətdə hərəkət etmək daha məqsədəuyğundur. Bu ən yaxşı seçimdir", - deyə diplomat qeyd edib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik