Keçmiş arvadının xalası oğlunu öldürdü
Tovuz rayonunda bıçaqlanma nəticəsində bir nəfər ölüb. Tovuz rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə hadisə dünən axşam saatlarında Şamlıq kəndində baş verib. Kənd sakini, 49 yaşlı Xalıqverdi Mustafayev oğlu ilə toydan qayıdan zaman hücuma məruz qalıb. Məlumata görə, kənd sakini 39 yaşlı Şaiq Hüseynov keçmiş həyat yoldaşının xalası oğlu olan Xalıqverdi Mustafayevə yaxınlaşaraq, üç bıçaq zərbəsi vurub. Hadisə zamanı çoxlu qan itirən 49 yaşlı Mustafayev Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və o, bu gün səhər xəstəxanada ölüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hazırda Tovuz rayon Polis şöbəsində cinayət işi açılıb, faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib