Bank Of Baku

Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edənlərdən biri qadın olub – HADİSƏ YERİNDƏN

# 16:37
3 oktyabr 2015

Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub. Tovuz rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu  əl-qolunu  bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar. 

 

Qeyd edək ki, bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə hücum edilib.

 

Faktla bağlı araşdırma aparılır.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR