Bank Of Baku

Hava soyuyur: Bakıda yağış yağacaq

# 15:13
3 oktyabr 2015

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən APA TV-yə verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.  
 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.      

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR