Ağdamda çətənə kolları əkib-becərən şəxs tutuldu
Ağdam rayon Polis Şöbəsinin əməkdaşları çətənə kollarının əkilib-becərilməsi və alqı-satqısı ilə məşğul olan şübhəli şəxsi saxlayıb.
APA TV-nin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları rayonun Xındırıstan kənd sakini Firdovsi Allahverdiyevin evində əməliyyat keçiriblər. Nəticədə həmin şəxsin həyətində becərilmiş çətənə kolları aşkarlanıb.
42 yaşlı Firdovsi Allahverdiyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik