Göygöl sakini 37 yaşlı arvadını bıçaqladı
Göygöldə 37 yaşlı qadın bıçaqlanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, rayon sakini, 1978-ci il təvəllüdlü Mehriban Hacıyeva bel nahiyəsindən bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, Mehriban Hacıyeva ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik