Pirşağıda bıçaqlanma: Taksidə sərnişin sərnişini bıçaqladı
Bakının Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, Məftun İmanquliyev taksidə bıçaqlanıb.
O, Pirşağıdan şəhərə gedən taksiyə minib. Yolda Məftun İmanquliyevlə digər sərnişin arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. M. İmanquliyevlə mübahisə edən sərnişin cibində olan bıçaqla ona zərbələr endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, bıçaq yarası ilə yanaşı, M. İmanquliyevin baş nahiyəsində də xəsarətlər var.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik