Bakıda gənc oğlanı avtomobil vurub
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə 158 nömrəli məktəbin qarşısında qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Kəngərli Rüstəm Zöhrab oğlu yolun əks tərəfinə keçmək istəyən zaman onu yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobil vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi