General Rasim Musayevin yerinə təyinat
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.
APA-nın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin (DİN) Daxili Tədqiqatlar İdarəsinin rəisi təyin edilib.
Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev bir müddət əvvəl dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik