Putin: “Ankaradakı terror Türkiyədə seçkilər ərəfəsində təxribatdır”
“Şərə qarşı mübarizədə səyləri birləşdirmək lazımdır. Türkiyədə baş verənlər həyasızcasına həyata keçirilmiş terror aktıdır”. APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalına müsahibəsində deyib.
Putin baş verən terror aktının Türkiyə parlamentinə keçiriləcək seçkilərlə birbaşa əlaqəsi olduğunu vurğulayıb: “Bu, çoxlu sayda insanın həyatı bahasına başa gələn cinayətdir. Və əlbəttə ki, bizimlə qonşu və dost olan ölkədə stabilliyi pozmaq cəhdidir. Terror aktını seçki kampaniyası ərəfəsində keçiriblər. Bu, seçkilər ərəfəsində aşkar təxribatdır. Şərlə mübarizə o zaman effektli olacaq ki, biz onunla birlikdə mübarizə aparacağıq”.
Qeyd edək ki, şənbə günü Ankarada baş verən terror aktında 97 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik