Bank Of Baku

Yağışlar davam edəcək

# 13:13
13 oktyabr 2015

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 14-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR