Gəncədə bacı-qardaşı maşın vurdu
Gəncədə yolu keçmək istəyən 3 piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yolu keçmək istəyən şəhər sakinləri, 1990-cı il təvəllüdlü Eşqin Məmmədov, onun bacısı, 1987-ci il təvəllüdlü Aytən Məmmədova və 1994-cü il təvəllüdlü Fərqanə Əlibəyova Gəncə şəhər sakini Fərid Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlarda dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik