Dollar ucuzlaşdı, avro və rubl bahalaşdı - MƏRKƏZİ BANK
Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları ucuzlaşmaqda davam edir. Rəsmi məzənnəyə əsasən, bu gün 1 ABŞ dollarının dəyəri 1.0474 manatdır. Avro və rubl isə ötən günə nisbətən manat qarşısında dəyər qazanıb. Mərkəzi Bank avronun məzənnəsini 1 manat 19 qəpik, 1000 Rusiya rublunun dəyərini isə 19 manat 90 qəpik olaraq açıqlayıb.
Xatırladaq ki, növbəti valyuta məzənnələri sabah açıqlanacaq. Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik