Paytaxt sakinləri “Qarabağ”ın qələbəsini bu cür bayram etdilər – APA TV
“Qarabağ” futbol klubunun qələbəsi gecənin sükutunu pozub. Tarixi qələbəyə imza atan komandamızın uğurunu böyüklü-kiçikli hər kəs sevinc hissi ilə qarşılayıb. Stadionun ətrafında əsl bayram əhval-ruhiyəsi yaşanıb.
Oyunu izləmək üçün stadiona gələnlərin arasında zərif cinsin nümayəndələri də var idi. “Qarabağ”a uğurar arzu edən xanım azarkeşlər qələbə sevincini bizimlə bölüşdülər.
Qeyd edək ki, Azərbaycan çempionu Bakıda İsveçin “Hekken” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma “köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da ağdamlılar Azərbaycan futbolunda yeni tarix yazaraq ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. "Qarabağ"ın pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu