Bank Of Baku

Bakıda “vəhhabi”lərə qarşı əməliyyat: Qamət Süleymanovun müavini tutuldu

# 14:39
23 oktyabr 2015

Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.

 

Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı MTN-in İctimaiyyətlə Əlaqə İdarəsinə istinadən yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR