Arvadını və uşağını öldürüb, uşaq evinə də SİLAHLI BASQIN ETDİ
Tailandda uşaq evinə silahlı basqın olub, ölən və yaralananlar var.
Tailandda uşaq evinə silahlı hücum zamanı ölənlərin sayı 36-ya çatıb.
APA TV Reuters agentliyinə istinadən xəbər verir ki, hadisəni törədən şəxs narkotik ittihamı ilə işdən qovulmuş keçmiş polis əməkdaşı olub. O uşaq evinə hücumla yanaşı, öz həyat yoldaşını və övladını öldürüb, daha sonra isə intihar edib.
Xatırladaq ki, Tailandın şimal-şərqindəki uşaq evində baş vermiş silahlı hücum nəticəsində ən azı 36 nəfər qətlə yetirilib ki, onların 24 nəfəri uşaqlardır. Ən azyaşlı qurbanın 2 yaşı olub.
Hadisə zamanı azı 12 nəfər də xəsarət alıb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib