Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarıldı
Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.
APA-nın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.
Hazırda Vergilər Nazirliyinin Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, Vidadi Məmmədov bu vəzifəyə sentyabrın 17-də təyin edilmişdi.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik