Bank Of Baku

Obama noyabrın 14-də Türkiyəyə gələcək

# 11:35
27 oktyabr 2015

ABŞ prezidenti Barak Obama noyabrın 14-də Türkiyəyə gələcək. APA TV-nin xəbərinə görə, Obamanın Antalyada gerçəkləşəcək G20 zirvəsinə qatılmaq üçün Türkiyəyə gələcəyi bildirilir.

 

Ağ Evdən verilən açıqlamada bildirilib ki, ABŞ prezidenti 14-22 noyabr tarixlərində Türkiyə, Filippin və Malaziyaya səfər edəcək.

 

Açıqlamada "Prezident Obama Türkiyədə güclü, davamlı və balanslı qlobal iqtisadi inkişafı təmin edəcək beynəlxalq təşəbbüsləri stimullaşdıracaq G20 liderlər zirvəsinə qatılacaq" - deyə bildirilir.

 

Obamanın Filippində Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə, Malaziyada isə ABŞ-ASEAN sammiti ilə Şərqi Asiya sammitinə qatılacağı qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR