Bank Of Baku

İŞİD-dən növbəti görünməmiş edam cəzası

# 12:15
27 oktyabr 2015

Suriyanın antik Palmira şəhərində İŞİD növbəti edam səhnəsinə imza atıb.

 

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, terrorçular üç nəfəri qədim tikilinin sütunlarına bağlayaraq memarlıq abidəsini partladıblar. Onların nə üstündə belə qəddarlıqla öldürüldüklərinin səbəbi açıqlanmır.

 

Suriya rəsmiləri öldürülən şəxslərin İŞİD-in Palmiranı tutduğu zaman ələ keçirilən sakinlər olduğunu deyirlər. İŞİD bundan əvvəl də antik şəhərdə bir neçə qədim binanı dağıdıb. Onların arasında məşhur "Zəfər tağı" da var.

 

UNESCO-nun mədəni irs siyahısına daxil edilən Palmira bu ilin may ayından terrorçuların nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR