Ərdoğan: "Xəzərdən Suriyaya raket atılması bizi narahat etdi"
“Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi”.
APA TV-nin məlumatına görə, bu sözləri APA-nın Türkiyə müxbiri Mayis Əlizadənin suallarını cavablandırarkən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətilə Ankarada keçirdiyi rəsmi qəbul zamanı bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: “Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə - ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi