Dollar ucuzlaşdı, avro bahalaşdı - HƏFTƏNİN İLK RƏSMİ MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları həftəyə manat qarşısında ucuzlaşmaqla başlayıb. Mərkəzi Bank 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.0491 manat olaraq müəyyənləşdirib. Avronun kursunda isə ötən həftəyə nisbətən bahalaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən, 1 avro 1.1571 manatdır. Rusiya rublunun kursu isə dəyiməyərək 1000 rubla 16 manat 30 qəpik olaraq qalıb.
Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün yeniləyir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi