Bank Of Baku

Göyçayda Qarabağ əlilinin avtomobili külə döndü

# 10:01
3 noyabr 2015

Göyçay rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərində qeydə alınıb.

 

Rayon sakini, 50 yaşlı Mustafayev Zahir Maarif oğluna məxsus “OKA” markalı minik avtomobili yanıb. Avtomobilin mühərrikində baş verən yanğın qısa vaxt ərzində onun hər tərəfini əhatə edib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə zamanı avtomobil yanaraq yararsız hala düşsə də, ikinci qrup Qarabağ müharibəsi əlili Zahir Mustafayev xəsarət almayıb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR