Xətai və Suraxanıda qaz niyə kəsilib?

# 17:13
19 may 2023

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib. Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov sutka ərzində havaların dəyişkən keçməsi ilə bağlı son günlər tələbatdan asılı olaraq qazın qəbulunda fərqlilik yarandığını bildirib. Belə ki, 18 may tarixinə respublika ərazisini əhatə etməklə ümumi sutkalıq təbii qazın qəbulu 13 milyon 431 min kub metr təşkil edib. Bakı və Abşeron yarımadası üzrə 9 milyon 249 min, regionlar üzrə isə bu 4 milyon 182 min kub metr təşkil edib. Sutka ərzində ümumi qəbulun 69%-i Bakı və Abşeron yarımadasının, 31 faizi isə regionların payına düşüb. Ötən ilin bu günü ilə bu rəqəmi müqayisə etsək, ötən il bu gün 11 milyon 153 min kub metr qaz alınıb.

O həmçinin bildirib ki, bu gün təmir işlərilə bağlı olaraq Bakının bəzi rayonlarında iri həcmli qaz təchizatı dayandırılıb.

Bundan başqa Qəbələ və İmişli rayonlarında təmir bərpa işlərilə əlaqədar iri həcmli qaz təchizatının dayandırılıb və işlər başa çatdıqdan sonra qazın bərpası planlaşdırılır.  

Çağrı xidmət mərkəzinin rəisi, Xalidə Şimşək də Azəriqaz”a daxil olmuş müraciətlərin ötən illə müqayisədə azaldığını bildirib.

O həmçinin fərdi evlərin qazlaşdırılması məsələsinə toxunaraq bildirib ki, kimsə yeni fərdi evini qazlaşdırmasını istəyirsə, burdakı iki mərhələyə, yəni texniki layihənin alınması, sonra isə qazlaşma işinin həyata keçiliməsini reallaşdırmalıdır.

Belə ki, texniki tapşırıqın yəni layihənin alınması “Azeriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Bunun üçün vətəndaşlar “Asan kommunal”a müraciət etməlidirlər və  20 iş günü ərzində texniki layihə hazırlanaraq onlara təqdim olunur. Daha sonra isə “Azəriqaz”la müqaviləsi olan istənilən podratçı təşkilatlarla işin icrası ilə bağlı müqavilə bağlaya bilərlər. Qeyd edək ki, “Asan imza”sı olan şəxslər heç bir yerə getmədən azeriqaz.az saytından yeni texniki şərtin alınması bölümünə daxil olmaqla da müraciət edə bilərlər.

 

 

AYNUR QARA

XƏYAL İSGƏNDƏROV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR